- Baxış sayı: 32
- 27 Noyabr 2024 18:17
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Parisdə cüdoçuların “Böyük dəbilqə” yarışı başa çatıb. Allsport.az saytı xəbər verir ki, nüfuzlu yarışda 63 ölkədən 459 idmançı iştirtak edib. İlk gündən fərqli, növbəti rəqabətdə millimiz medalsız qalıb.
Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi – 100 kq) və Uşangi Kokauri (+100 kq) elə birinci tutaşmada yenilərək, mübarizə ilə vidalaşıblar.
Dünən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Hidayət Heydərov 3-cü, Rüstəm Orucov (hər ikisi – 73 kq) 5-ci yeri tutublar.
Qeyd edək ki, növbəti “Böyük dəbilqə” 10-12-martda Bakıda təşkil olunacaq. Bu yarışda ilk 3 yeri tutanlar müvafiq olaraq, 1000, 700, 5 00, 5-ci pillənin sahibləri 360, 7-ci sırada qərarlaşanlar 260 əmsal xalı qazanırlar.