- Baxış sayı: 496
- 15 Dekabr 2025 23:59
- Baxış sayı: 38
- Dekabr 16, 2025
- 0

Bu gün Əbu-Dabidə cüdoçular arasında mötəbər “Böyük dəbilqə” turnirinə start verilib. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya lisenziya xalları verən yarışda milli komandamız da iştirak edir.
İlk yarış günündə İlqar Müşkiyev, Vüqar Şirinli (hər iksi – 60 kq), Nicat Şıxəlizadə (66 kq), Leyla Əliyeva (48 kq), Səkinə Zayirova (52 kq) mübarizəyə başlayıblar. Gərgin rəqabətdə idmançılarımızın hamısı nəinki uduzublar, heç ilk «yeddiliy»ə düşə bilməyiblər.
Qeyd edək ki, «Böyük dəbilqə»də ilk 5 yeri tutanlar müvafiq olaraq 500, 300, 200, 100 xal qazanırlar.