- Baxış sayı: 70
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 103
- Dekabr 05, 2025
- 0

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdoçuların “Böyük dəbilqə” turnirinin birinci günündə millimiz bir medal qazanıb. Allsport.az saytı xəbər verir ki, 60 kq-da komandamızın öncülü Orxan Səfərov 3-cü yerə çıxıb. Mükafatlandırmda ona medalı ACF-in prezidenti Rövnəq Abdullayev təqdim edib.
Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışın ilkin mərhələsi saat 13:00-dan etibarən başlayır. Final görüşləri isə saat 17:00-da keçirilir. Rəqabətdə 31 ölkədən 183 idmançı (110 kişi, 73 qadın) qalib adı uğrunda mübarizə aparır.
“Böyük dəbilqə”də ilk 3 yeri tutanlar müvafiq olaraq, 1000, 700, 5 00, 5-ci pillənin sahibləri 360, 7-ci sırada qərarlaşanlar 260 əmsal xalı qazanırlar.