- Baxış sayı: 78
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 48
- Dekabr 05, 2025
- 0

Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə cüdoçuların “Böyük dəbilqə” turniri başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə də millimiz medal qazanıb.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev yalnız finalda uduzub. Bu çəkidə mübarizə aparan digər təmsilçilərimiz Abdulhaqq Rəsullu və Tural Safquluyev 5-ci olublar.
100 kq-da Elmar Qasımov da həlledici tutaşmada yenilib. Bu çəkidə digər öncül cüdoşumuz Elxan Məmmədov 3-cü yerə çıxıb. Uşangi Kokauru (+100 kq) və Zelim Kotsoyev 5-ci yerə çıxıb.
Xatırladaq ki, ötən günlərdə Rüfət İsmayılov (81 kq) qızıl, Orxan Səfərov (60 kq), Rüstəm Orucov (73 kq) və Xanım Hüseynova (63 kq) bürünc medala yiyələniblər. “Böyük dəbilqə”də ilk 3 yeri tutanlar müvafiq olaraq, 1000, 700, 5 00, 5-ci pillənin sahibləri 360, 7-ci sırada qərarlaşanlar 260 əmsal xalı qazanıblar.