- Baxış sayı: 70
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 101
- Dekabr 05, 2025
- 0

Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçusu Elcan Hacıyev 3-cü yer uğrunda görüşə çıxıb.
Allsport.az xəbər verir ki, 90 kq çəki dərəcəsində rəqib estoniyalı Klen Kristofer Kalyulayd olub.
Qarşılaşmadan qalib ayrılan Hacıyev bürünc medal qazanıb.
Bu, Azərbaycanın dünya çempionatında ikinci medalı olub. Ötən gün Səlim Tçkayev (81 kq) də bürünc medal əldə edib.