- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışlarından öncə millimizin üzvü Zöhrə Ağamirova açıqlama verib. Allsport.az xəbər verir ki, o, turnir ərəfəsində gündə 7-8 saat məşq etdiyini deyib:
“Bakıda bədii gimnastika üzrə dünya kuboku hər zaman gözəllik və zəriflik bayramıdır. Fikrimcə, yaxşı hazırlaşmışam, dörd hərəkətin hər birini səhvsiz yerinə yetirərək finala çıxmağa çalışacağam. Mənim bütün hərəkətlər üzrə maraqlı proqramım var.
Bakıda dünya kuboku yarışlarının keçirilməsinə icazə verilməsi xəbərini sevinclə qarşıladım. Yarışları xüsusi həyəcanla gözləyirəm. Bakıda bədii gimnastika üzrə dünya kuboku yarışları hər zaman gözəllik və zəriflik bayramıdır”.
Mayın 7-9-da keçiriləcək dünya kuboku yarışlarında 35 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 61 gimnast mübarizə aparacaq.