- Baxış sayı: 43
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Slovakiya paytaxtı Bratislavada gənc cüdoçular arasında Avropa birinciliyi başa çatıb. Allsport.az saytı xəbər verir ki, bu yarış Elçin İsmayılov və Rəşad Məmmədovun rəhbərlik etdiyi komandamız üçün uğurlu olub. İlk 2 yarış günündə 3 medal qazanan millimiz, sonda da mükafata yaxın olub.
100 kq-da mübarizə aparan Cəlil Şükürov öz qrupunda lider olub. Yarımfinalda rusiyalı Oleq İşimova uduzan həmyerlimiz, 5-ci yerlə kifayətlənib. Zelym Kotsoyev (90 kq) 7-i pilləni tutub.
Xatırladaq ki, buna qədər Davud Məmmədov (60 kq) gümüş, Telman Vəliyev (66 kq) və Hidayət Heydərov (73 kq) bürünc mükafata sahib çıxıblar.