- Baxış sayı: 36
- 20 Aprel 2025 18:29
- Baxış sayı: 79
- Aprel 20, 2025
- 0
Çex Respublikasının Teplitse şəhərində yeniyetmələrin Avropa kubokunun ikinci günündə Azərbaycan cüdoçuları 2 medal qazanıb.
Allsport.az xəbər verir ki, Ayxan Həsənli (73 kq) və Sübhan Axundov (+90 kq) yarışın gümüş medalına yiyələnib.
Turnirin ilk günündə cüdoçular 7 medalla yadda qalmışdı. Nərmin Ağamirzadə (48 kq) və Rəsul Əlizadə (55 kq) qızıl, Gülşən Hüseynova (44 kq) gümüş, Mədinə Hüseynova (40 kq), Anar Quliyev (50 kq) Röyal Qayıbov (60 kq) və Əli Hümbətov (66 kq) bürünc medalın sahibi olmuşdu.
Yeniyetmə cüdoçular Teplitse Avropa kubokunu 9 medalla (2 qızıl, 3 gümüş və 4 bürünc) 38 ölkə arasında ikinci sırada bitirib.