- Baxış sayı: 47
- 26 Mart 2026 10:00
- Baxış sayı: 35
- Mart 27, 2026
- 0

Futzal üzrə FİFA referisi Əli Cəbrayılov beynəlxalq təyinat alıb.
Allsport.az saytı xəbər verir ki, o, çempionlar liqasının ilkin mərhələsinin “B” qrupunun oyunlarında ədaləti qoruyacaq. Avqustun 21-də “Fiorentino” (San Marino) – “Amigo Northvest” (Bolqarıstan) oyununda 1-ci, avqustun 22-də “Fiorentino” (San Marino) – “Minerva” (İsveçrə) görüşündə 3-cü, “Amiqo Northvest” (Bolqarıstan) – “Pro Futsal Cymru” (Uels) matçında isə 2-ci hakim olacaq.
“B” qrupunun bütün oyunları Bolqarıstanın paytaxtı Sofiyada yerləşən “Armeec Arena”da baş tutacaq.