- Baxış sayı: 128
- 26 Mart 2026 15:26
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Sərbəst güləşçimiz Şərif Şərifov (97 kq) Tokio oyunları öncəsi açıqlama verib. Allsport.az saytı xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu artıq 3-cü dəfə planetin ən böyük idman bayramına yollandığını deyib:
“Bu, mənim 3-cü olimpiadamdır. Amma özlüyümdə ilk sınaqdır. Çünki hər dəfə fərqləndikdən sonra, özümü yenidən qələbəyə kökləyirəm. Çox istəyirəm ki, karyeramın sonunu yüksək ovqatda, medalla bitirim”.
Şərif Şərifovun şəxsi məşqçisi AGF-in vitse-prezidenti Firdovsi Umudovdur.