- Baxış sayı: 34
- 19 Yanvar 2025 12:09
- Baxış sayı: 77
- Yanvar 19, 2025
- 0
Tokioda Azərbaycan mütəxəssislərinin də qatıldığı Beynəlxalq Cüdo Federasiyasının hakimlər üçün təşkil etdiyi seminar keçirilib. Allsport.az saytı xəbər verir mki, son illər cüdoda qaydaların tez-tez dəyişməsi bu seminarın önəmini daha da artırır. Olimpiadadan sonra isə bütün cüdo ictimaiyyətinə, həmçinin Azərbaycan millisinə də təsir edəcək növbəti dəyişikliklər nəzərdə tutulur.
Kodokanda baş tutan tədbirdə Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri, Rio Paralimpiadasında ədalət təmsilçisi qismində iştirak edəcək beynəlxalq dərəcəli hakim Fariz Hüseynov və məşqçilər komitəsinin sədri Hacıağa Hacıəhmədov, Hakimlər Komitəsinin üzvü, respublika dərəcəli hakim Nazim Umbayev və qadınlardan ibarət yığma komandanın köməkçi məşqçisi Azər Şıxəliyev iştirak edib.
Yeri gəlmişkən, növbəti analoji tədbir 2017-ci ildə Bakıda baş tutacaq və növbəti olimpiada üçün yeni qaydaların tətbiqinin mümkünlüyü müzakirə ediləcək. Tokioda da mütəxəssislərin müzakirə etmələri üçün kifayət qədər mövzu olub, çünki cüdo yerində saymır və son illər daim inkişafdadır. Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin sədri Xuan Karlos Barkos müzakirələrin əsas predmetinin cüdoda xalların qiymətləndirilməsi olduğunu vurğulayıb. Bir çox hallarda yarışlar zamanı hakimlər eyni epizodu müxtəlif cür qiymətləndirirlər. Bununla əlaqədar olaraq, iştirakçıların daha da yaxşı analiz etməsi və düzgün qiymətləndirməsi üçün mötəbər turnirlərdəki görüşlərdən nümunələr göstərilib. Bundan əlavə, Barkos qarşıdan gələn olimpiada və mümkün qayda dəyişiklikləri mövzusuna da toxunub:
“İndi bütün diqqətlər Rioya yönəlib və ona qədər heç bir dəyişiklik olunmayacaq. Lakin olimpiadadan sonra cüdonu daha da inkişaf etdirmək üçün səylərimizi gücləndirə bilərik. 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarından sonra qarşımızda növbəti olimpiadaya qədər bu və ya digər yenilikləri test etmək üçün imkan yaranacaq”.