- Baxış sayı: 41
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 130
- Fevral 06, 2026
- 0

Azərbaycan yığması Almaniyanın paytaxtı Berlində cüdo üzrə yeniyetmələr arasında keçirilən Avropa Kubokunda 1-ci yeri tutub.
Allsport.az xəbər verir ki, millimiz turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb.
Bu gün tatami üzərinə 4 cüdoçumuz çıxıb. Əli Qazıməmmədov (81 kq) qızıl, Cəsur İbadlı (73 kq) gümüş, Mehdi Abbasov (81 kq) isə bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa Kubokunun ilk günündə 7 dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb.