Cüdo millimiz Tokio toplanışını davam etdirir
17 iyun 2017 / 15:15 Baxış sayı: 2186 Cüdo millimiz Yaponiyada təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, ənənəvi hazırlıqda ev sahibləri ilə yanaşı, Fransa, Koreya, Braziliya, Çex Respublikası, Monqolustan, İtaliya, Rusiya kimi dünyanın aparıcı ölkələrinin komandaları da iştirak edirlər.
Azərbaycan seçməsi baş məşqçi Fərhad Məmmədov, məşqçilər Mövlud Mirəliyev və Şümşat Bəhramovun rəhbərliyi ilə gündə 2 dəfə məşq edir, əsas hədəf avqustda Macarıstanda keçiriləcək dünya çempionatıdır.
Tokio toplanışında Səfərov Orxan, Şıxəlizadə Nicat, Orucov Rüstəm, Heydərov Hidayət, Vəliyev Telman, Mehdiyev Məmmədəli, Dadaşov Firudin, Məmmədov Elxan, Kotsoyev Zelim, Kokauri Uşanqi, Munxtsedev İçinxorlo, Qurbanlı Aişə, Əzizova Nəzakət, Hüseynova Xanım iştirak edirlər.