- Baxış sayı: 50
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Cüdo tarixində ilk dəfə azərbaycanlı referi böyüklər arasında dünya çempionatına dəvət alıb.
Allsport.az xəbər verir ki, iyunun 13-də Budapeştdə keçiriləcək dünya çempionatında “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Umbayev həm də Azərbaycan cüdo federasiyasının hakimlər heyətinin üzvüdür. Dünya çempionatı iyunun 20-də başa çatacaq.