- Baxış sayı: 66
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 49
- Dekabr 05, 2025
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa kuboku başa çatıb.
Allsport.az xəbər verir ki, son yarış günündə daha 2 cüdoçu Dövlət Himnimizi səsləndirib.
Süleyman Şükürov 981 kq) və Ramazan Əhmədov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıblar.
Daha əvvəl Nihad Məmişov (60 kq), Əbil Yusubov (73 kq) qızıl, Fərid Qarayev (60 kq) gümüş, Məhəmməd Musayev (66 kq) isə bürünc medal əldə edib.
Azərbaycan yığması yekunda 4 qızıl, 1 gümüş və 1 bürünc medalla 26 ölkə arasında ümumi komanda hesabında birinci olub.