Cüdo yığmamız açıq Avropa çempionatını 4 medalla başa vurub
4 iyun 2017 / 19:51 Baxış sayı: 1105 Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə açıq Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisi 2-ci yarış günündə 4 medalını qazanıb.
Tural Safquliyev (90 kq) 1-ci, Fəqan Quluzadə (81 kq) 2-ci, Zelim Kostoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) 3-cü yerə çıxıblar.
Dünən bizdən Hüseyn Rəhimli (73 kq) gümüş medalla kifayətlənib. 29 ölkədən 376 nəfərin mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunub.