- Baxış sayı: 37
- 04 Aprel 2025 21:44
- Baxış sayı: 42
- Aprel 04, 2025
- 0
Azərbaycan cüdo yığmasının Fransa “Böyük Dəbilqə” turnirində iştirak edəcəyi heyəti bəlli olub.
Allsport.az xəbər verir ki, komandan turnirdə 9 kişi cüdoçu ilə təmsil olunacaq.
Fevralın 2-4-də Parisdə baş tutacaq “Böyük Dəbilqə”də 110 ölkədən 661 idmançı qələbə uğrunda yarışacaq. Azərbaycan yığmasının heyətində böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautmanın rəhbərliyi ilə 5 çəki dərəsində 9 cüdoçu yer alacaq.
Qeyd edək ki, yanvarın 26-28-də Portuqaliyanın Odivelaş şəhərində keçirilən qran pridə Azərbaycan yığması 1 bürünc, 4 bürünc medal qazanıb.
60 kq
Nazir Talıbov
Əhməd Yusifov
73 kq
Rəşid Məmmədəliyev
İbrahim Əliyev
81 kq
Zelim Tçkayev
Səid Mollayi
90 kq
Vüqar Talıbov
Elcan Hacıyev
+100 kq
Uşanqi Kokauri