- Baxış sayı: 35
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Allsport.az xəbər verir ki, 23 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 3 medal əldə ediblər.
66 kq çəkidə Əbil Yusubov finalda portuqaliyalı idmançı Rodriqo Caneyro üzərində qələbə qazanaraq Avropa çempionu oldu.
Eyni çəki dərəcəsində yarışan Mehdi Cəfərov finalda gürcüstanlı idmançı Qiorqi Dularidze üzərində qələbə qazanaraq Avropa çempionatının bürünc medalını qazandı.
52 kq çəkidə yarışan cüdoçumuz Xədicə Qədəşova ispaniyalı idmançı Adriana Saes Eviyaya qalib gələrək Avropa çemponatının bürünc medalını qazandı.
57 kq çəkidə Fidan Qasımova isə 7-ci yerə çıxıb.