- Baxış sayı: 77
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 47
- Dekabr 05, 2025
- 0

Kişilərdən ibarət yığma komanda Quba təlim-məşq toplanışı davam edir.
Allsport.az xəbər verir ki, cüdoçular Quba olimpiya idman kompleksində gün ərzində iki dəfə olmaqla intensiv məşqlərə cəlb ediliblər. Məşqlərin birinci hissəsi fiziki hazırlığa, ikinci mərhələsi isə tatami üzərində texniki-taktiki çalışmalara həsr olunur.
Toplanışa performans direktoru və yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elxan Məmmədov və Robert Kravçik, həmçinin fiziki hazırlıq üzrə böyük məşqçi Həsrət Məhəmmədov rəhbərlik edirlər.
Təlim düşərgəsi VI İslam həmrəyliyi oyunları və qarşıdakı digər beynəlxalq yarışlara hazırlıq xarakteri daşıyır.
Milli komanda hazırlığın növbəti hissəsini Bakıda davam etdirəcək. Ardınca cüdoçular 6–19 sentyabrda Braziliyanın San-Paulu şəhərində təşkil olunacaq beynəlxalq toplanışda iştirak edəcəklər.