- Baxış sayı: 43
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 136
- Fevral 06, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında uğurlu nəticə əldə edən idmançılar Vətənə qayıdıb.
Allsport.az xəbər verir ki, cüdoçuları Heydər Əliyev beynəlxalq hava limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, media təmsilçiləri, federasiya rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Qitə birinciliyində 3 qızıl, 1 gümüş və 2 bürünc olmaqla 6 medal qazanan milli medalların əyarına görə ümumi komanda hesabında ikinci, oğlanlar arasında isə birinci yeri tutub.