Cüdoçulardan uğurlu start

Çexiyanın Teplitse şəhərində keçirilən yeniyetmələr arasında Avropa kubokunun ilk günündə milli komanda 7 medal qazanıb.

Allsport.az xəbər verir ki, Nərmin Ağamirzadə (48 kq) və Rəsul Əlizadə (55 kq) qızıl medala yiyələnib. Gülşən Hüseynova (44 kq) gümüş medalı boynundan asıb. Mədinə Hüseynova (40 kq), Anar Quliyev (50 kq) Röyal Qayıbov (60 kq) və Əli Hümbətov (66 kq) bürünc medalın sahibi olub. 🔥✅

Bu nəticələrdən sonra Azərbaycan ilk yarış gününü birinci pillədə tamamlayıb.

Turnirdə 38 ölkədən 805 cüdoçu qüvvəsini sınayır.🥋

Həmin kateqoriyadan

azenrutr