- Baxış sayı: 45
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0
13-14 noyabrda cüdoçulardan ibarət millimiz Avstraliyanın Vullonqonq şəhərində keçiriləcək açıq Okeaniya kubokunda iştirak edəcək. Allsport.az saytı xəbər verir ki, yarışda Port-Luidə keçirilən açıq Afrika çempionatında mübarizə aparan cüdoçularımız qatılacaqlar.
Demək, uzaq diyarda ölkəmizi Oruc Vəlizadə (60kq), Tərlan Kərimov (66kq), İsmayıl Piriyev, Fəqan Quluzadə (hər ikisi – 73 kq), Abdulhaqq Rasullu, Hüseyn Rəhimli (81 kq), Məmmədəli Mehdiyev, Rüstəm Alimli (90 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq) və Xanım Hüseynova (63 kq) təmsil edəcəklər.