Cüdoçularımız Avropa çempionatında 3-cü yeri tutdu

Azərbaycan cüdoçuları Polşanın Pila şəhərində keçirilən 23 yaşa qədər cüdoçular arasında Avropa çempionatının fərdi yarışlarında 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

Allsport.az xəbər verir ki, fərdi yarışlarda Azərbaycan yığması medal əyarına görə, ümumi hesabda və qadınlar arasında 3-cü, kişilər arasında 4-cü yeri tutub.

Yarışda Azərbaycan 11 çəki dərəsində 15 cüdoçu ilə təmsil olunub.

Çempionatın ilk günündə qadınlar arasında Fidan Əlizadə qızıl medal (57 kq.), Aydan Vəliyeva (52 kq.) gümüş medal qazanıb. Kişilər arasında isə Hüseyn Allahyarov (60 kq.) qızıl medal, Rüfət Şövlətov (73 kq.) bürünc medal qazanıb.

Yarışın ikinci günündə kişilər arasında 81 kq. çəki dərəcəsində Ömər Rəcəbli üçüncü yer uğrunda görüşdə İsrail təmsilçisi Yaniv Aqronovu məğlub edərək bürünc medal qazanıb. +100 kq. çəkidə Kənan Nəsibov yarışı 5-ci yerdə tamamlayıb.

Cüdoçularımız 17 noyabrda çempionatın komanda yarışlarında iştirak edəcəklər.

Həmin kateqoriyadan