- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Antalyada yeniyetmələr arasında Avropa Kuboku turnirində Azərbaycan cüdoçuları 4 qızıl, 5 gümüş və 7 bürünc medal əldə edib.
Allsport.az xəbər verir ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 1-ci yeri, qızlar və oğlanlar arasıında ikinci yeri tutub.
Turnirin ilk gününündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıb.
Yarışın ikinci günündə oğlanlar arasında -81 kq. çəkidə Mehdi Abbasov və +90 kq. çəkidə Sübhan Axundov gümüş medal əldə ediblər. Qızlar arasında isə -57 kq. çəkidə Aytən Verdiyeva gümüş medal, Nilgün Rzayeva bürünc medal qazanıblar.