Cüdoçularımız Bosniya və Hersoqovinada

Cüdoçularımız Sarayevoda təşkil olunan Kodokan kata seminarı və imtahanda iştirak ediblər

Allsport.az xəbər verir ki, Avropa kata çempionatından dərhal sonra 12-14 iyunda cüdoçularımız Malik Alahverdiyev, Samir İsmayılov, İsmayıl Rzayev, İbrahim Aslanov, Rafiq Nəcəfov, Əmrah Əhmədov və olimpiya mükafatçısı Rüstəm Orucov Bosniya və Hersoqovinanın paytaxtı Sarayevoda keçirilən kadokan kata seminarında və imtahanda iştirak ediblər.

3 gün ərzində davam edən seminara Kodokan cüdo institutunun prezidenti Uemura Haruki Kanço və Kodokan cüdo mütəxəssisləri qatılıblar. Kadokan Kata seminarı yaponiyalı Kadokan mütəxəssisləri Sameşima Motonari (8-ci dan), Karya Çikara (6-cı dan), İvanaqa Kento (8-ci dan) və Arikava Yuki (6-cı dan) tərəfindən keçirilib. Cüdoçularımız təlim zamanı əyani sürətdə imtahan verərək müvəffəqiyyətlə başa vurub.

Kadokan Kata seminarı bacarıqların təkmilləşdirlməsi, katanın dərindən öyrənmək üçün unikal imkan yaradır və bu sahədə dünyada ən aparıcı məktəblərdən sayılır.

Həmin kateqoriyadan