- Baxış sayı: 39
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 168
- Yanvar 19, 2025
- 0
Martın 22-də Tiflisdə cüdoçular arasında böyük mükafat turnirə yekun vurulub. Allsport.az saytının məlumatına görə, 3 gün davam edən yarışda milli komandamız uğurlu çıxış edib.
Hər rəqabət günündə fərqlənən tatami ustalarımız, finalı da müvəffəqiyyətlə tamamlayıblar. Bütün görüşlərini qələbə ilə başa vuran Elmar Qasımov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Tural Safquliyev (90 kq) 7-ci olub.
Kişilərdən fərqli, qadın cüdoçularımız yaxşı çıxış edə bilməyiblər. Xatırladaq ki, buna qədər Rüsət Orucov (73 kq) qızıl medal, Tərlan Kərimov (66 kq) bürünc mükafata yiyələnmişdi.