Komanda yarışında uduzdular

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçuların Avropa çempionatında komanda yarışı keçirilib. Allsport.az xəbər verir ki, 17 ölkə medallar uğrunda mübarizə aparıb.

Azərbaycan 11 idmançı ilə təmsil olunub. Millimiz ilk görüşdə uğursuz çıxış edib, Niderlanda 1:4 uduzub. 

Təsəlliverici görüşdə yığmamız İtaliyaya (4:1) qalib gəlsə də, Polşaya uduzub (3:4).

Komandanın heyətində oğlanlarda Fərid Qarayev, Nihad Rəhimov (hər ikisi – 60 kq), Mehdi Abbasov (81 kq), Əli Qazıməmmədov (90 kq), Eyvazlı Hüseyn və Sübhan Axundov (90 kq), qızlarda Diana Eldarova, Nuranə Hacızadə (48 kq), Aytən Verdiyeva, Vüsalə Hacıyeva (63 kq) və Mələk Bayramlı (63 kq) yer alıblar.

Həmin kateqoriyadan