Cüdoçularımız Niderlanda qarşı

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatında komanda yarışları start götürür.

Allsport.az xəbər verir ki, çempionatda 17 ölkə medallar uğrunda mübarizə aparır.

Azərbaycan komanda yarışlarında 11 idmançı ilə təmsil olunur. Yığmamızın ilk rəqibi Niderland yığması olacaq.

Oğlanlarda Fərid Qarayev, Nihad Rəhimov (hər ikisi 60 kq), Mehdi Abbasov (81 kq), Əli Qazıməmmədov (90 kq), Eyvazlı Hüseyn və Sübhan Axundov (hər ikisi 90 kq), qızlarda Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Aytən Verdiyeva, Vüsalə Hacıyeva (hər ikisi 63 kq) və Mələk Bayramlı (63 kq) güclərini sınayacaq.

Həmin kateqoriyadan