Cüdoçularımız Podçetrtek Avropa Kubokunda birinci yeri tutdu

Azərbaycan cüdoçuları 15-16 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kubokunda medal əyarına görə ilk sırada yer alıb.

Allsport.az xəbər verir ki, cüdoçularımız iki günün nəticəsinə əsasən 4 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq ümumi hesabda və kişilər arasında birinci yeri tutub.

Yarışın ikinci günü kişilər arasında 4 çəki dərəsində 5 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. 81 kq. çəkidə Məhərrəm İmamverdiyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 100 kq. çəkidə İmran Yusifov qızıl, Camal Feyziyev bürünc medal qazanıb. 100 kq. çəkidə Ruslan Nəsirli yarışı 7-ci yerdə tamamlayıb.

Həmin kateqoriyadan