- Baxış sayı: 36
- 19 Yanvar 2025 20:11
- Baxış sayı: 131
- Yanvar 19, 2025
- 0
17-18 oktyabrda Parisdə cüdoçular arasında mötəbər “Böyük dəbilqə” turniri keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Rio-2016-ya lisenziya xalları verən yarışda milli komandamız da iştirak edəcək.
Hələlik Fransa paytaxtına yollanacaq hansı tatami ustalarımızın qatılacağı məlum deyil. Yeni baş məşqçi Peter Zeyzenbaher bu həftə Bakıya gəlib, heyətə tam aydınlıq gətirəcək.
Bu yarışdan sonra cüdoçularımız Parisdə qalacaqlar və təlim-məşq toplanışı keçəcəklər. Oktyabrın 30-da isə, oradan birbaşa Abu-Dabiyə gedəcəklər. Həmin şəhərdə də eyni yarış təşkil olunacaq.