- Baxış sayı: 46
- 06 Fevral 2026 21:54
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

Polşanın paytaxtı Varşavada Avropa cüdo birliyinin təşkilatçılığı ilə açıq Avropa turniri keçirilib.
Allsport.az xəbər verir ki, cüdoçularımız yarışda 1 qızıl və 1 bürünc medal qazanıblar.
81 kq çəki dərəcəsində Məhərrəm İmamverdiyev bütün rəqiblərinə qalib gələlərk, fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Kənan Nəsibov (+100 kq) isə açıq Avropa turnirində 3-cü yeri tutub.
Qeyd edək ki, Azərbaycan medal əyarına görə ümumi komanda hesabında 8-ci, kişilər yarışında isə 5-ci yeri tutub.