Cüdoçularımızdan 5 medal

İyunun 15-də Sloveniyanın Podçetrtek şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kubokunun ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. 

Allsport.az xəbər verir ki, cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal əldə edib.

60 kq çəkidə Rövşən Əliyev bürünc medal qazanıb. 

66 kq-da Nazir Talıbov qızıl, Rəşad Yelkiyev bürünc medal əldə edib. 

73 kq çəkidə final görüşündə iki cüdoçumuz Kamran Süleymanov və Nəriman Mirzəyev qarşılaşıb. Nəticədə Nəriman Mirzəyev qızıl, Kamran Süleymanov isə gümüş medal əldə edib. İbrahim Əliyev 5-ci, Rüfət Şölətov isə 7-ci yerlə kifayətlənib.

Həmin kateqoriyadan