- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycanın daha üç cüdoçusu Belarusda keçirilən ll MDB oyunlarında medal qazanıb.
Allsport.az saytı xəbər verir ki, qızların mübarizəsində Nilgün Rzayeva (57 kq) və Zeynəbxanım Əsədova (70 kq), oğlanlardan isə Mehdi Abbasov (73 kq) 3-cü yeri tutublar.
Əvvəlki mübarizələrdə Nihad Məmişov (50 kq), Ayxan Mirzəzadə (55 kq) və Cəsur İbadlı (66 kq) qızıl, Xədicə Abdullayeva (40 kq) və Aytən Verdiyeva (52 kq) isə bürünc medala sahib çıxıblar.