- Baxış sayı: 37
- 21 Noyabr 2024 20:11
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Martın 31-dən aprelin 2-dək Tiflisdə cüdoçuların qran-prisi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, bu sınaqda ölkəmizi 18 nəfər təmsil edəcək.
Kişilərdə Sahib Əsgərov, Mehman Sadiqov (hər ikisi – 60 kq), Emil Həsənov, İlkin Babazadə (66 kq), Elvin Mustafayev, Telman Vəliyev (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov (81 kq), Əbdulhaqq Rəsullu, Tural Səfquliyev (90 kq), Zelim Kotsoyev və Sənan Əhmədov (00 kq) tatami üzərinə çıxacaqlar.
Qadınlarda bizdən Leyla Əliyeva (48 kq), Nəzakət Əzizova (52 kq), Səkinə Zairova (57 kq), Xanım Hüseynova, Nuriyyə Əhmədova (63 kq) və Günel Həsənli (78 kq) çıxış edəcəklər. Qeytd edək ki, mükafat yarışında ilk 3 yeri tutanlar müvafiq olaraq 700, 490, 350, 5-ci pillənin sahibləri 252, 7-ci sırada qərarlaşanlar 182 əmsal xalı qazanırlar.