- Baxış sayı: 67
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 63
- Dekabr 05, 2025
- 0

İyunun 25-də Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib. Allsport.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri bəlli olub.
Ölkəmiz qitə birinciliyində ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) ilə fərdi mübarizədə təmsil olunacaq. Yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.
Sabah Bakı vaxtı ilə saat 11:00-da başlayacaq yarışın görüşlərini JudoTV.com saytından canlı olaraq izləyə bilərsiniz.
Qızlar
40 kq
Mədinə Hüseynova – Nora Takaş (Macarıstan)
44 kq
Gülşən Hüseynova – Sara Zvajker (Sloveniya)
48 kq
Nərmin Ağamirzəzadə – Salome Merkviladze (Gürcüstan)
Leyla Ələkbərova – Aleksis Byukenen (Böyük Britaniya)
52 kq
Aysun Məmmədova – Sofia Qaspar (Portuqaliya)
Nuranə Hacızadə – Mia Şimiç (Bosniya və Herseqovina)
57 kq
Səmayə Yusifli – Elif Kılıç (Türkiyə)
63 kq
Ayan Əliyeva – Kloe Jan (Fransa)
70 kq
Məsumə Məmmədli – Aleksandra Tsenova (Bolqarıstan)
Oğlanlar
50 kq
Anar Quliyev – Gilius Mitsyeviçyus (Litva) / Petar Markoviç (Serbiya) cütünün qalibi ilə
İbrahim Talıbov – Dimitrios Qulas (Yunanıstan)
55 kq
Rəsul Əlizadə – Artur Sarkisyan (IJF)
Məhəmmədəli Hüsiyev – Noa Petşallis (Almaniya)
60 kq
Zeyd Ələsgərov – Matye Demar (Fransa) / David Georqu (Böyük Britaniya) cütünün qalibi ilə
66 kq
Əli Hümbətov – Alihan Naqimulin (Almaniya)
73 kq
Səid Şərifov – Aleksandr Aleynikov (Belarus)
Ayxan Həsənli – Luka Qiqilaşvili (Böyük Britaniya)
90 kq
Səid Hüseynov – Kvint Rohde (Niderland)
+90 kq
Tunar Fərzəliyev – Marko Çivlaçki (Şimali Makedoniya)
Qarışıq komanda yarışı
1/8 final
Azərbaycan – Çexiya