- Baxış sayı: 65
- 03 Dekabr 2025 22:40
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

XVIII Avropa gənclər yay olimpiya festivalında (EYOF) iştirak edəcək cüdoçularla görüş keçirilib.
Allsport.az xəbər verir ki, görüşdə Azərbaycan cüdo federasiyasının (ACF) icraçı vitse-prezident Rəşad Rəsullu, ACF prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak ediblər.
Federasiya rəsmiləri idmançılara olan etimadı ifadə edərək, qarşıdan gələn mötəbər turnirdə uğurlu çıxış gözlədiklərini bildiriblər. Cüdoçulara yarış öncəsi tövsiyələr verilib, onlara uğurlar arzulanıb.
EYOF çərçivəsində cüdo yarışları 22–26 iyulda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. İdman festivalında Azərbaycanı 12 çəki dərəcəsində 12 cüdoçu (6 oğlan, 6 qız) təmsil edəcək. Yığmamız turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.