Yeniyetmə cüdoçularla görüş

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək milli komandamızın üzvləri ilə görüş keçirilib.

Allsport.az xəbər verir ki, federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onlardan Avropa çempionatında uğurlu nəticələr gözlədiklərini vurğulayıb. Cüdoçulara həmçinin qarşıdakı yarışla bağlı tövsiyələr verilib.

Avropa çempionatı 26–29 iyunda Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək. Qitə birinciliyində Azərbaycanı ümumilikdə 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi mübarizədə təmsil edəcək. Ölkəmiz turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Həmin kateqoriyadan