Cüdoçumuz açıq Avropa çempionatında gümüş medala sahiblənib
4 iyun 2017 / 11:22 Baxış sayı: 1060 Rumıniyanın paytaxtı Buxarestdə cüdo üzrə açıq Avropa çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, startda Azərbaycan millisi ilk medalını qazanıb.
Hüseyn Rəhimli (73 kq) Böyük Britaniya, Rumıniya, İtaliya və Ukraynadan olan rəqiblərinə qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada oj, Puerto-Riko təmsilçisinə uduzaraq gümüş medalla kifayətlənib.
29 ölkədən 376 nəfərin mübarizə apardığı turnirdə Azərbaycan milli komandası 15 cüdoçu (13 kişi, 2 qadın) ilə təmsil olunur.