- Baxış sayı: 53
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Azərbaycan yığması yeniyetmə cüdoçular arasında təşkil olunan Avropa kubokunun ilk günündə 1 medal qazanıb.
Allsport.az xəbər verir ki, Çex Respublikasının Teplitse şəhərində keçirilən turnirdə Xədicə Abdullayeva fəxri kürsüdə yer alıb.
Yarışın ilk günündə 4 çəki dərəcəsində 8 cüdoçumuz mübarizə aparıb. Onlardan yalnız Xədicə Abdullayeva (40 kq) uğurlu çıxış edərək, gümüş qazanıb. O, finalda polşalı həmkarına uduzub.