- Baxış sayı: 43
- 13 Dekabr 2024 16:18
- Baxış sayı: 62
- Dekabr 17, 2024
- 0
Beynəlxalq cüdo federasiyası tətbiq ediləcək yeni qaydaları rəsmi olaraq elan edib. Allsport.az saytı xəbər verir ki, Paris-2024 yay olimpiya oyunlarından sonra aparılan təhlil və müzakirələrin nəticəsi olaraq qaydalar növbəti olimpiya dövrünə uyğunlaşdırılıb və yenilənib.
Qaydalar ilə bağlı elanın ardından dekabrın 14-15-də BCF tərəfindən Türkiyənin mədəni paytaxtında 2-günlük texniki seminar təşkil olunub. Tədbirdə 79 ölkədən 326 iştirakçı bir araya gəlib. Seminar zamanı BCF-in təhsil, hakimlik və idman komissiyaları yeni qaydaları ətraflı izah edib və əyani şəkildə nümayiş etdiriblər.
Yeni qaydaların 1 yanvar 2025-ci il tarixindən etibarən qüvvəyə minəcəyi və 2025-ci ilin iyun ayında keçiriləcək böyüklər arasında dünya çempionatından sonra yenidən nəzərdən keçiriləcəyi bildirilib.
Məşğələdə Azərbaycan cüdo federasiyasından vitse-prezident Elnur Məmmədli, ACF-in prezidentinin müşaviri Natiq Bağırov, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Riçard Trautman, hakimlər üzrə menecer Mətin Rəhimli, “A” dərəcəli referilər Fariz Hüseynov, Akif Tahirov, Arzu Acalova və Nazim Umbayev iştirak ediblər.