Cüdomuzun ehtiyat qüvvəsi Avropa kubokunda sınanınacaq

18-19 fevralda İtaliya paytaxtında cüdoçuların açıq Avropa kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 37 ölkədən 275 idmançının qatılacağı yarışda Azərbaycan millisi də iştirak edəcək. Məşqçilər heyəti Romada 16 nəfəri sınayacaq:

Mehman Sadıqov, Oruc Vəlizadə, Sahib Əsgərov (hər üçü – 60 kq), İlkin Babazadə, Telman Vəliyev, İlqar Müşkiyev, Emil Həsənov (66 kq), Zülfüqar Quliyev, Elvin Mustafayev (73 kq), Afiq Səfərli, Rüfət İsmayılov, Ziya Namazov (81 kq), Tural Səfquliyev, Abdulhəqq Rəsullu (90 kq), Sənan Əhmədov və Kənan Abdullaxanlıdı (100 kq).

 

Həmin kateqoriyadan