- Baxış sayı: 224
- 04 Fevral 2026 11:50
- Baxış sayı: 49
- Fevral 08, 2026
- 0

Yaponiyada keçirilən batut gimnastikası üzrə dünya yaş qrupu yarışlarında daha bir idmançımız qızıl medal qazanıb. Allsport.az xəbər verir ki, bu dəfə batut üzrə fərdi proqramda 11-12 yaşlı gimnastlar arasında ölkəmizi təmsil edən Maqsud Maqsudov yarışların qızıl medalına sahib olub. Təsnifat mərhələsində bütün rəqiblərini üstələyən Bakı gimnastika məktəbinin yetirməsi, finalda da birinciliyi əldən verməyib.