- Baxış sayı: 230
- 30 Noyabr 2025 10:00
- Baxış sayı: 106
- Dekabr 05, 2025
- 0

Gimnastımız İvan Tixonov İsveçrədə keçirilən idman gimnastikası üzrə Avropa çempionatında çoxnövçülükdə finala yüksəlib. Allsport.az xəbər verir ki, Ağamurad Qəhrəmanov, İvan Tixonov və Nikita Simonov yarışın 2-ci günü çıxış ediblər.
Onlardan Tixonov çoxnövçülük proqramı üzrə finala yüksəlib. Onun altı hərəkət üzrə ümumi nəticəsi 81,432 xal olub.
Daha əvvəl qadınların yarışında gimnastımız Marina Nekrasova dayaqlı tullanma proqramında finala çıxıb.