- Baxış sayı: 52
- 22 Mart 2026 13:36
- Baxış sayı: 347
- Mart 22, 2026
- 0

Monteneqronun Podqoritsa şəhərində keçirilən böyüklər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycanın daha iki cüdoçusu fəxri kürsə qalxıb.
Allsport.az xəbər verir ki, 81 kq çəki dərəcəsində Səlim Tçkayev moldovalı Petru Pelivanı qızıl xal bölümündə ipponla qalib gələrək bürünc medal qazanıb.
90 kq-da isə Murad Fətiyev fransalı Aleksis Matyönü ipponla məğlub edərək bürünc medal əldə edib.