- Baxış sayı: 210
- 26 Mart 2026 11:23
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Aprelin 15-dən 17-dək Özbəkistanın paytaxtında bədii gimnastika üzrə dünya kuboku keçiriləcək. Allsport.az saytı xəbər verir ki, ölkəmizi Daşkənddə millinin 2-ci heyəti təmsil edəcək.
Fərdi proqramda Alina Gözəlova, İlona Zeynalova, qrup hərəkətlərində Səkinə İbrahimbəyli, Fidan Yusifzadə, Leyla Əliyeva, Zəhra Paşazadə, Nigar Xankişiyeva və Nərgiz Ramazanova mübarizə aparacaqlar.