DÇ-də hələ nəticə yoxdur. Ən yaxşı göstərici ondadır

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatı davam edir. Allsport.az saytı xəbər verir ki, bu gün mübarizəyə daha 3 təmsilçimiz qoşulub. Olimpiya, dünya və 4-qat Avropa çempionu Hidayət Heydərov (73 kq) elə ilk görüşdəcə mötəbər yarışla vidalaşıb.

O, Portuqaliyanı təmsil edən Otari Kvantidzeyə uduzub. Rəqib də çox irəliləyə bilməyib və digər idmançımız Rəşid Məmmədəliyevlə birgə 7-ci olub. Bu, dünya çempionatında hələlik ən yüksək nəticəmizdir.

Qızlarda Fidan Əlizadə (57 kq) uğursuz çıxış edib.

Yarışın ilk 2 günündə Könül Əliyeva, Leyla Əliyeva (hər ikisi – 48 kq), Gültac Məmmədəliyeva (52 kq), Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) mübarizəni erkən dayandırıblar.

Həmin kateqoriyadan