- Baxış sayı: 56
- 06 Aprel 2025 23:32
- Baxış sayı: 69
- Aprel 04, 2025
- 0
Cüdo üzrə dünya çempionatında Azərbaycanı təmsil edəcək heyət açıqlanıb
Allsport.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri 19-24 mayda cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. 100-dən çox ölkədən 700-ə yaxın idmançının iştirak edəcəyi çempionatda Azərbaycan cüdo üzrə milli yığma komandası 8 çəki dərəsində 9 kişi və 2 qadın ilə təmsil olunacaq.
Yarışda iştirak etməli olan cüdoçularımız Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi – 52 kq) zədəli olduqlarına görə, milli yığmanın tibbi heyətinin qərarına əsasən yarışa qatılmayacaqlar.
Mundialda cüdoçularımız böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman və qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcək.
Dünya çempionatında fərdi yarışlar 19-23 mayda paytaxt Əbu-Dabidə yerləşən “Mubadala Arena”da keçiriləcək:
Qadınlar
48 kq
Leyla Əliyeva
57 kq
Acelya Torpaq
Kişilər
60 kq
Balabəy Ağayev
Turan Bayramov
66 kq
Yaşar Nəcəfov
Kamran Süleymanov
73 kq
Hidayət Heydərov
81 kq
Zelim Tçkayev
90 kq
Elcan Hacıyev
Vüqar Talıbov
100 kq
Zelim Kotsoyev