“Doğma meydanda çıxış etmək böyük məsuliyyətdir”

“Mən Bakıdakı dünya kubokunda yaxşı nəticə göstərmək istəyirəm”. Allsport.az saytı xəbər verir ki, bunu bədii gimnastika üzrə millinin üzvü Arzu Cəlilova deyib. O hazırlığın intensiv davam etditini söylətib:

“Gündə səkkiz saata yaxın məşq edirəm. Yaxşı nəticə göstərmək istəyirəm. Milli gimnastika arenasında dünya kubokunda ilk dəfə iştirak edəcəyəm. İndiyədək gənclər arasında turnirlərdə iştirak etmişəm. İlk dəfə böyüklər arasında xalçaya çıxacağam. Bu, çox həyəcanverici hissdir və doğma meydanda çıxış etmək böyük məsuliyyətdir”.

Mayın 7-9-da keçiriləcək dünya kuboku yarışlarında 35 ölkədən qrup komandaları tərkibində 106 (18 qrup) və fərdi proqram üzrə 61 gimnast mübarizə aparacaq.

Həmin kateqoriyadan