- Baxış sayı: 44
- 20 Noyabr 2024 22:21
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Gimnastika növləri üzrə ilin son dünya çempionatı başa çatmaq üzrədir. Allsport.az saytı xəbər verir ki, Danimarkanın Odense şəhərinə, həmçinin Rio-2016-ya lisenziyaların oynanıldığı batut gimnastikası üzrə yarışlara dünyanın 40 ölkəsinin idmançıları toplaşıblar.
Azərbaycan fərdi və sinxron çıxışlarda həm kişi (İlya Qrişunin, Oleq Piunov, Dmitriy Fedorovskiy, Ruslan Ağamirov), həm də qadın (Svetlana Makshtarova, Sabina Zaytseva) idmançılar arasında təmsil olunub. Tamblinq üzrə yarışlarda isə Mixail Malkin çıxış edib.
Təəssüflər olsun ki, bu çempionatda idmançılarımızın çıxışları bundan əvvəlki iki gimnastika növündən fərqli olaraq, elə də uğurlu olmayıb. Belə növ yarışda bədii gimnastımız Marina Durunda və idman gimnastımız Oleq Stepko Olimpiya Oyunlarına lisenziya qazanıb.
Batutçularımız Azərbaycanda inkişafına 2013-cü ilin sonundan başlamış və bizim üçün yeni olan bu növdə lisenziya qazanmaq fürsətini əldən veriblər. Xatırladaq ki, iyun ayında İlya Qrişunin Bakı-2015-də bürünc medal qazanaraq, ölkəmizi layiqincə təmsil etmişdi.