Dünya çempionatına 15 cüdoçu ilə

Bolqarıstanın paytaxtı Sofiyada cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 15 idmançı (8 oğlan, 7 qız) ilə fərdi mübarizədə təmsil olunacaq.

Allsport.az xəbər verir ki, yığma turnirin son günündə qarışıq komanda yarışında mübarizə aparacaq.

Cüdoçulara yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçi Nicat Şıxəlizadə, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

27–31 avqustda keçiriləcək dünya çempionatında 75 ölkədən 593 idmançı (313 oğlan, 280 qız) mübarizə aparacaq.

Heyəti təqdim edirik:

Qızlar

44 kq
Gülşən Hüseynova
Xədicə Abdullayeva

48 kq
Nərmin Ağamirzəzadə
Leyla Ələkbərova

52 kq
Aysun Məmmədova

57 kq
Səmayə Yusifli

70 kq
Məsumə Məmmədli

Oğlanlar

50 kq

Anar Quliyev
Rza Xəlilli

55 kq
Rəsul Əlizadə
Məhəmmədəli Hüsiyev

60 kq
Zeyd Ələsgərov
Röyal Qayıbov

73 kq
Məhəmməd Ağakişiyev

+90 kq
Sübhan Axundov

Qarışıq komanda yarışı

81 kq

Amin Mehdiyev

Həmin kateqoriyadan